Güləş üzrə açıq respublika turnirinə start verilib
Bakı İdman Sarayında Müşfiq İsayevin xatirəsinə həsr olunan sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 22-ci açıq Respublika turnirinə start verilib.
BrendSport.az xəbər verir ki, yarış 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin ustalığını artırmaq, perspektivli pəhləvanları aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.
İyulda Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalının proqramında yer alan altı (45, 48, 51, 55, 60 və 65 kq) çəki dərəcələri üzrə keçirilən mübarizədə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edirlər.
Turnirin birinci günündə sərbəst güləşçilər mübarizə aparırlar.
Facebook-da paylaş