Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal qazana bilər



Azərbaycan cüdoçusu Acelya Toprak Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazana bilər.

BrendSport.az
xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə kosovolu Flaka Loja ilə qarşılaşacaq.

Bu gün yarışa qoşulan yığmanın digər 5 üzvü isə mükafatçılar sırasına düşə bilməyib. Balabəy Ağayev, Hüseyn Allahyarov (hər ikisi 60 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) ilk görüşlərində uduzaraq turnirlə vidalaşıblar. Mübarizəyə 1/4 finaldan başlayan Leyla Əliyeva (48 kiloqram) və iki rəqibini üstələyən Rəşad Yelkiyev (66 kiloqram) isə təsəlliverici qarşılaşmadan məğlub ayrılıblar.

Qeyd edək ki, Azərbaycanın 14 cüdoçu ilə təmsil olunduğu “Böyük Dəbilqə” turniri oktyabrın 13-dək davam edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş