Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirində bürünc medal qazanıb




Azərbaycanın qadın cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.

BrendSport.az
xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən Leyla Əliyeva üçüncü yer uğrunda görüşdə italiyalı Françeska Milaniyə qalib gəlib.

66 kiloqramda yarışan Ruslan Paşayev isə Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunhla bürünc medal qarşılaşmasına çıxmayıb. Nəticədə o, beşinci yerlə kifayətlənib.

Bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kiloqram), Kəramət Hüseynov (66 kiloqram), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) isə medal qazanmaq şanslarını itiriblər.

Qeyd edək ki, oktyabrın 26-dək davam edəcək Böyük Dəbilqə turnirində Azərbaycan 14 cüdoçu ilə təmsil olunur.


Facebook-da paylaş

Xəbəri paylaş