Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cüdoçumuz Əhməd Yusifov “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

Cüdoçumuz Əhməd Yusifov “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Əhməd Yusifov Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.

BrendSport.az
xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz almaniyalı Moritz Plafk və türkmənistanlı Hakberdi Cumayevə qalib gəlsə də, dörddəbir final mərhələsində yerli idmançı Dostan Ruziyevə məğlub olub. Cüdoçumuz təsəlliverici görüşdə Özbəkistanın digər idmançısı Zamoşari Bekmurodova qalib gəlib. Bürünc medal uğrunda görüşə vəsiqə qazanan təmsilçimiz gürcüstanlı Lukum Çxvimiani ilə qarşılaşıb. Rəqibinə qalib gələn cüdoçumuz “Böyük dəbilqə” turnirini üçüncü pillədə başa vurub.

Qeyd edək ki, bu gün mübarizə aparan Azərbaycan yığmasının digər üzvləri Rövşən Əliyev (60 kq), Kamran Süleymanov və Ruslan Paşayev (hər ikisi 66 kq) medal qazana bilməyiblər.


Facebook-da paylaş

Xəbəri paylaş