Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşünə çıxacaq




Azərbaycanın iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabida keçirilən Böyük Dəbilqə turnirində bürünc medal görüşünə çıxacaq.

BrendSport.az
xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən Leyla Əliyeva və 66 kiloqramda yarışan Ruslan Paşayev üçüncü yer uğrunda mübarizə aparacaq.

L. Əliyeva italiyalı Françeska Milani ilə, R. Paşayev isə Birləşmiş Ərəb Əmirliklərindən olan Narmandah Bayanmunhla qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan digər Azərbaycan cüdoçuları Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kiloqram), Kəramət Hüseynov (66 kiloqram), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) isə medal qazanmaq şanslarını itiriblər.

Qeyd edək ki, oktyabrın 26-dək davam edəcək Böyük Dəbilqə turnirində Azərbaycan 14 cüdoçu ilə təmsil olunur.


Facebook-da paylaş

Xəbəri paylaş