Azərbaycanın 4 parataekvondoçusu Cənubi Koreyadakı turnirdə çıxış edəcək

İyulun 11-də Cənubi Koreyanın Çxunxcon şəhərində parataekvondo üzrə Çxunçxon Açıq Çelenc turniri keçiriləcək.
BrendSport.az xəbər verir ki, Azərbaycanı yarışda K44 kateqoriyasında Sabir Zeynalov (58 kiloqram), Amin Şıxalıyev (63 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Orxan Cəfərov (80 kiloqram) təmsil edəcəklər.
Turnir «Los-Anceles-2028» Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Facebook-da paylaş
