Əsas Səhifə > Maraq > Onunla daim söhbətləşirəm - Tənqidlərə fikir vermir
Onunla daim söhbətləşirəm - Tənqidlərə fikir vermir22-11-2017, 18:57 |
"Real"ın baş məşqçisi Zinəddin Zidan komandasının hücumçusu Kərim Benzema barədə danışıb. Benzema uzun müddət qol vura bilmədiyi üçün tənqid olunurdu. Hücumçu Çempionlar Liqasında APOEL-lə keçirilən qarşılaşmada dubl edib. Zidan Benzemanın tənqidlərə fikir vermədiyini vurğulayıb: "İlk növbədə onu deməliyəm ki, Benzema ilə daim söhbətləşirəm. O cümlədən, digər futbolçularla da. Ancaq onu da deyim ki, Benzema da mənim kimi çox danışmağı sevmir. O, emosiyalarını özündə saxlamağa çalışır. Ona görə də hesab edirəm ki, tənqidlər onu o qədər də narahat etmir. Benzema hansı klubda oynadığını yaxşı anlayır. O, güclü futbolçudu. Belələrindən isə biz daim çox şey gözləyirik". Milli.Az Geri qayıt |