Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Robert Levandovski UEFA Çempionlar Liqasında 50 qol vuran yeddinci futbolçu olub



“Bavariya” klubunun polşalı hücumçusu Robert Levandovski komandasının ötən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunda “Benfika”ya qalib gəldiyi (5:1) oyunun 36-cı dəqiqəsində fərqlənməklə qitənin ən mötəbər klub turnirində vurduğu qolların sayını 50-yə çatdırıb. Bununla da o, UEFA Çempionlar Liqasında 50 qol vuran yeddinci futbolçu olub.

BrendSport.az UEFA-nın saytına istinadla xəbər verir ki, 50 qola 77 oyunda nail olan R.Levandovski bu göstəriciyə görə fransalı forvard Tyeri Anrini geridə qoyub. T.Anri 50 qolu “Monako”, “Arsenal” və “Barselona”nın heyətində keçirdiyi 112 oyunda vurub. Qeyd edək ki, “Benfika” ilə matçın 51-ci dəqiqəsində də rəqib qapısına yol tapan polşalı hücumçunun aktivində hazırda 51 qol var.

R.Levandovski UEFA Çempionlar Liqasında ilk qolunu 2011-ci ilin oktyabrında “Borussiya Dortmund”un heyətində “Olimpiakos”un qapısından keçirib. O, 51 qolun 17-sini “Borussiya Dortmund”da çıxış etdiyi illərdə vurub.

“Bavariya”nın hücumçusu UEFA Çempionlar Liqasında 50 qol həddini keçən 7 futbolçunun yer aldığı siyahıda altıncıdır. Siyahıya “Yuventus”un portuqaliyalı forvardı Kriştiano Ronaldo başçılıq edir – 121 qol. Lionel Messi 105, Raul Qonzales 71, Kərim Benzema 59, Ruud van Nistelrooy 56 dəfə fərqləniblər.


Facebook-da paylaş

Xəbəri paylaş