UEFA Qrizmannın qoluna görə üzr istədi
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turundan sonra UEFA-nın saytı məlumat yayaraq, “Atletiko”nun futbolçusu Antuan Qrizmannın Çempionlar Liqasının tarixinə düşdüyünü bildirmişdi.
Məlumatda qeyd olunurdu ki, fransız futbolçunun “Brügge”yə vurduğu qol, ÇL tarixinin 8000-ci qolu olub.
Sonradan aparılan araşdırmalardan sonra məlum olub ki, yanlışlığa yol verilib. UEFA-nın məsələ ilə bağlı yaydığı açıqlamada bildirilir ki, 8000-ci qolu “Tottenhem”in futbolçusu Erik Lamela vurub.
UEFA yanlışlığa görə üzr istəyib.
Facebook-da paylaş