Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa Liqasının qalibi "Atletiko" oldu



Bu gün 2017/18 mövsümündə UEFA Avropa Liqasının qalibi müəyyənləşib.

Finalda İspaniyanın “Atletiko” komandası Fransanın “Marsel” komandası ilə üz-üzə gəlib. Həlledici qarşılaşma Lionda baş tutub.

Qeyd edək ki, “Atletiko” bununla üçüncü dəfə Avroliqada final həyəcanı yaşayıb. İspaniya təmsilçisi 2009/2010 və 2011/12 mövsümündə qitənin ikinci dərəcəli klub turnirinin qalibi olub.

“Marsel” klubu isə Avroliqa hələ UEFA Kuboku adlandığı zaman iki dəfə finala çıxa bilib. Amma həm 1999, həm də 2004-cü ildə Fransa klubu kuboka həsrət qalıb.

Bugünkü final oyununda da "Marsel" klubu 0:3 hesabı ilə məğlub olaraq üçüncü dəfə eyni taleni yaşayıb. Beləliklə, “Atletiko” komandası Avropa Liqasının 2017/18 mövsümünün qalibi olub.

UEFA Avropa Liqası

Final

16 may

22:45. “Marsel” (Fransa) - “Atletiko” (İspaniya) - 0:3

Qollar: Antuan Qrizmann, 21, 49, Qabi, 89


Facebook-da paylaş

Xəbəri paylaş