UEFA Avropa Liqasının dördəbir final mərhələsinin cütlükləri müəyyənləşib
Martın 16-da futbol üzrə UEFA Avropa Liqasının dördəbir final mərhələsinin püşkü atılıb.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində cütlüklər müəyyənləşib. Püşkü Avropa Liqasının final matçının səfiri Erik Abidal çəkib.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:
“Leyptsiq” (Almaniya) - “Olimpik Marsel” (Fransa)
“Arsenal” (İngiltərə) - “ÇSKA” (Moskva, Rusiya)
“Atletiko” (Madrid, İspaniya) - “Sportinq” (Portuqaliya)
“Latsio” (İtaliya) - “Zalsburq” (Avstriya)
İlk oyunlar aprel 5-də, cavab qarşılaşmaları isə aprelin 12-də olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək. Avropa Liqasının yarımfinal mərhələsinin püşkü aprelin 13-ci İsveçrənin Nyon şəhərində keçiriləcək.
Facebook-da paylaş