Əsas Səhifə > Dünya idmanı > UEFA Avropa Liqasının dördəbir final mərhələsinin cütlükləri müəyyənləşib
UEFA Avropa Liqasının dördəbir final mərhələsinin cütlükləri müəyyənləşib16-03-2018, 16:33 |
Martın 16-da futbol üzrə UEFA Avropa Liqasının dördəbir final mərhələsinin püşkü atılıb. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində cütlüklər müəyyənləşib. Püşkü Avropa Liqasının final matçının səfiri Erik Abidal çəkib. Püşkatmanın nəticələri aşağıdakı kimidir: “Leyptsiq” (Almaniya) - “Olimpik Marsel” (Fransa) “Arsenal” (İngiltərə) - “ÇSKA” (Moskva, Rusiya) “Atletiko” (Madrid, İspaniya) - “Sportinq” (Portuqaliya) “Latsio” (İtaliya) - “Zalsburq” (Avstriya) İlk oyunlar aprel 5-də, cavab qarşılaşmaları isə aprelin 12-də olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək. Avropa Liqasının yarımfinal mərhələsinin püşkü aprelin 13-ci İsveçrənin Nyon şəhərində keçiriləcək. Geri qayıt |