Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün Avroliqa marafonu başa çatır - FİNAL GÜNÜ



Bu gün Avropa Liqasında final oyunu keçiriləcək. qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransada müəyyənləşəcək.

Lion şəhərində baş tutacaq həlledici görüşdə Fransa "Marsel”i ilə İspaniya "Atletiko”su üz-üzə gələcək. Marsellilər 25 illik kubok həsrətinə son qoymağa çalışacaq.

1992/93 mövsümündə Çempionlar Liqasını qazanan Fransa təmsilçisi finala qədər irəlilədiyi digər üç imkandan yararlana bilməyib. UEFA kubokunda iki belə uğursuzluğu olan "Marsel” ilk dəfə Avropa Liqasının qalibi olmağa çalışacaq.

"Atletiko” isə 6-cı kuboku qazanmaq əzmindədi. Madridlilər Avropa Liqası və Superkubokun hərəsində 2, Kuboklar kubokunda bir uğur əldə edib. İspaniya klubu 1986-cı ildə Kuboklar kubokunun finalında Kiyev "Dinamo”suna 0:3 hesabı ilə uduzduğu stadionda ikinci cəhdini gerçəkləşdirəcək.

Qeyd edək ki, "Marsel” qələbə qazansa, Çempionlar Liqasının qrupuna vəsiqəni də təmin edəcək.

Avropa Liqası
Final
16 may

22.45 Marsel (Fransa) - Atletiko (İspaniya)
Baş hakim: Byörn Kuypers (Hollandiya).
Lion. "Park Olimpik Lion”.


Facebook-da paylaş

Xəbəri paylaş