Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa Liqasında yarımfinalçılar bu gün müəyyənləşəcək



Bu gün Avropa Liqasının (AL) 1/4 final mərhələsində cavab oyunları keçiriləcək. BrendSport.az saytının məlumatına görə, 4 matçın hamısı eyni vaxtda start götürəcək.

Bu mərhələyə qədər irəliləməyi bacaran yeganə Rusiya təmsilçisi MOİK yoluna davam etmək üçün möcüzə gerçəkləşdirməlidi. Londonda rəqibi üzərində böyükhesablı qələbə qazanan “Arsenal”ın bu üstünlüyü əldən verməsi inandırıcı görünmür.

Avroliqanın sürpriz komandası “Zalsburq” İtaliya təmsilçisi “Latsio”nu doğma azarkeşləri önündə qəbul edəcək. Avstriyalılar 2 cavabsız qol vuracaqları təqdirdə, yeni tarix yazacaqlar. Bu mənada turnirin qalibi olmağı hədəfləyən romalıların işi asan olmayacaq.

Avropa Liqasının bir nömrəli favoriti hesab edilən “Atletiko” Portuqaliyada “Sportinq”lə üz-üzə gələcək. Çempionlar Liqasında uğursuzluğa düçar olan İspaniya nəhəngi bunu Avroliqadakı zəfərlə unutdurmaq əzmindədi.

Ən böyük maraq doğuran qarşılaşma Fransada baş tutacaq. Belə ki, “Marsel” “Leyptsiq”i sınağa çəkəcək. Evdəki minimalhesablı qalibiyyət almanlara kiçik də olsa, üstünlük verir.

Avropa Liqası

1/4 final (cavab oyunları)

12 aprel


23:05. MOİK (Rusiya) – “Arsenal” (İngiltərə)

İlk oyun – 1:4

23:05. “Zalsburq” (Avstriya) – “Latsio” (İtaliya)

İlk oyun – 2:4

23:05. “Sportinq” (Portuqaliya) – “Atletiko” (İspaniya)

İlk oyun – 0:2

23:05. “Marsel” (Fransa) – “Leyptsiq” (Almaniya)

İlk oyun – 0:1


Facebook-da paylaş

Xəbəri paylaş