Əsas Səhifə > Fotoqalareya > UEFA Qrizmannın qoluna görə üzr istədi

UEFA Qrizmannın qoluna görə üzr istədi


5-10-2018, 16:57


Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turundan sonra UEFA-nın saytı məlumat yayaraq, “Atletiko”nun futbolçusu Antuan Qrizmannın Çempionlar Liqasının tarixinə düşdüyünü bildirmişdi.

Məlumatda qeyd olunurdu ki, fransız futbolçunun “Brügge”yə vurduğu qol, ÇL tarixinin 8000-ci qolu olub.

Sonradan aparılan araşdırmalardan sonra məlum olub ki, yanlışlığa yol verilib. UEFA-nın məsələ ilə bağlı yaydığı açıqlamada bildirilir ki, 8000-ci qolu “Tottenhem”in futbolçusu Erik Lamela vurub.

UEFA yanlışlığa görə üzr istəyib.
Geri qayıt