Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Elçin Camallı: Bütün yarışlarda ölkəmizi layiqincə təmsil etməyə çalışırıq



Ölkəmizdə ilk dəfə keçirilən çimərlik polosu üzrə beynəlxalq turnir mükəmməl təşkil olunub və komandamız üçün qələbə ilə başa çatıb.

BrendSport.az
xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində "Elite Polo Club" komandasının kapitanı Elçin Camallı "Sea Breeze 2026" beynəlxalq turnirinin finalında İsveçrənin "Sankt Moritz" klubuna 5-3 hesabı ilə qalib gəldikdən sonra deyib.

Azərbaycanın beynəlxalq turnirlərə ev sahibliyi etməkdə zəngin təcrübəyə malik olduğunu vurğulayan kapitan bildirib: "Çimərlik polosuna ölkəmizdə ilk dəfə ev sahibliyi olunurdu. “Sea Breeze”də təşkil edilən yarış çox mükəmməl keçdi və biz qələbə qazandıq. Turnirə çox yaxşı hazırlaşmışdıq. Komandamız adından bizə dəstək olan hər kəsə dərin minnətdarlığımızı bildiririk".

Elçin Camallı qeyd edib ki, əldə olunan uğurda Azərbaycan Respublikasının Atçılıq Federasiyasının dəstəyi mühüm rol oynayıb: "Hazırlıq prosesimiz yüksək səviyyədə təşkil olundu. Argentinadan xüsusi atlar gətirildi, özümüz də Argentinada təlim-məşq toplanışında olduq. Bu uğurlu nəticə həmin ciddi hazırlığın bəhrəsidir. Şadıq ki, xalqımızı növbəti qələbə ilə sevindirə bildik".

Komandanın kapitanı gələcək hədəflərdən danışaraq əlavə edib: "Biz bütün yarışlarda ölkəmizi layiqincə təmsil etməyə, bayrağımızı dalğalandırmağa çalışırıq. Qarşıda bizi daha çox turnir və yarışlar gözləyir. Bundan sonra da böyük qələbələrlə azarkeşlərimizi sevindirməyə davam edəcəyik".


Facebook-da paylaş

Xəbəri paylaş