Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub



"Sea Breeze Resort" ərazisində, "Havana Beach"də keçirilən çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirinin yekununda mükafatlandırma mərasimi keçirilib.

BrendSport.az
xəbər verir ki, mərasimdə turnirin qalibinə - Azərbaycan təmsilçisi "Elit" polo klubuna kubok və qızıl medallar təqdim olunub. İsveçrənin "Sankt Moritz" klubu gümüş, Böyük Britaniyanın "Red star" klubu isə bürünc medallarla təltif edilib.

Xatırladaq ki, finalda "Elit" "Sankt Moritz" klubunu 5-3 hesabı ilə məğlub edərək, turnirin qalibi olub. Bürünc medal uğrunda görüşdə isə "Red star" Rusiyanın "Moskva" komandasına 9-5 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tədbirin rəsmi təşkilatçıları Azərbaycan Respublikasının Atçılıq Federasiyası və "Sea Breeze"dir.


Facebook-da paylaş

Xəbəri paylaş