Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatına Göygöldə hazırlaşacaqlar

Sərbəst güləş üzrə Azərbaycan milli komandası sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verəcək.
BrendSport.az xəbər verir ki, oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlük veriləcək. Yığmanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev, Şərif Şərifov və Arif Abdullayevin rəhbərliyi altında İslam Bazarqanov, Hüseyn Hüseynov (hər ikisi 57 kiloqram), Nürəddin Novruzov (61 kiloqram), Rəşid Babazadə, Əli Rəhimzadə (hər ikisi 65 kiloqram), Kənan Heybətov, Zirəddin Bayramov (hər ikisi 70 kiloqram), Turan Bayramov, Musa Verdiyev (hər ikisi 74 kiloqram), Cəbrayıl Hacıyev (79 kiloqram), Arseni Cioyev (86 kiloqram), Ali Tsokayev, Abubakr Abakarov (hər ikisi 92 kiloqram), Maqomedxan Maqomedov, Osman Nurmaqomedov (hər ikisi 97 kiloqram), Giorgi Meşvildişvili və Yusif Dursunov (hər ikisi 125 kiloqram) iştirak edəcək.
Qeyd edək ki, təlim-məşq toplanışı oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada baş tutacaq böyüklərin dünya çempionatına hazırlıq məqsədi daşıyır.
Facebook-da paylaş





















