Azərbaycanın şahmat milliləri Olimpiadada ikinci tur oyunlarını keçirəcəklər

Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün ikinci turun oyunları keçiriləcək.
BrendSport.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi bu turda Filippin seçməsi ilə qarşılaşacaq. Komandanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli yer alıblar.
Qadınlardan ibarət yığma isə Danimarka ilə üz-üzə gələcək. Millinin heyətində Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparırlar.
Qeyd edək ki, ilk turda kişi şahmatçılarımız Mərakeş seçməsinə, qadınlardan ibarət komandamız isə Qvatemala yığmasına 4:0 hesabı ilə qalib gəlib. İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan Ümumdünya Şahmat Olimpiadası sentyabrın 27-də başa çatacaq. Olimpiadada 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.
Facebook-da paylaş





















