Şahmatçılarımız erməni həmkarlarına qalib gəldi
Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti turun görüşləri baş tutub.
Azərbaycanın kişilərdən ibarət milli komandası 5-ci turda Ermənistan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb.
Yığmanın heyətində Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sarqissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heş-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb.
5 turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.
Ermənistan - Azərbaycan 1,5:2,5
Levon Aronyan - Şəhriyar Məmmədyarov 0:1
Qabriel Sarqissyan - Teymur Rəcəbov 0:1
Qrant Melkumyan - Arkadi Naydiç 1:0
Hayk Martirosyan - Rauf Məmmədov 0,5:0,5
Qadınlardan ibarət Azərbaycan yığması isə Yunanıstana qalib gəlib:
Yunanıstan - Azərbaycan 1:3
Anna-Mariya Botsari - Zeynəb Məmmədyarova 0,5:0,5
Stavrula Tsolakidu - Xanım Balacayeva 0:1
Anastasiya Avramidu - Gülnar Məmmədova 0,5:0,5
Haritomeni Markantonaki - Ülviyyə Fətəliyeva 0:1
Facebook-da paylaş