Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Avropa çempionu olub
Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında Azərbaycanın kişi şahmatçılarından ibarət yığması qalib olub.
Bu gün keçirilən sonuncu - doqquzuncu turda komandamızın Ukrayna yığması ilə oyunu 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Yuri Kuzubov görüşləri heç-heçə yekunlaşıb.
Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 14 xalla başa vurublar.
Sonuncu turda Almaniya yığmasını 3:1 hesabı ilə məğlub edən Rusiya komandası da xallarını 14-ə çatdırıb.
Beləliklə, əlavə əmsallara görə yekunda Azərbaycan yığması turnir cədvəlində ilk yeri tutaraq Avropa çempionu adını qazanıb. Rusiya ikinci, Ukrayna komandası üçüncü yeri tutub.
Azərtac.az
Facebook-da paylaş