Əsas Səhifə > Milli komandalar > Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Avropa çempionu olub
Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Avropa çempionu olub7-11-2017, 00:03 |
Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında Azərbaycanın kişi şahmatçılarından ibarət yığması qalib olub. Bu gün keçirilən sonuncu - doqquzuncu turda komandamızın Ukrayna yığması ilə oyunu 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Yuri Kuzubov görüşləri heç-heçə yekunlaşıb. Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 14 xalla başa vurublar. Sonuncu turda Almaniya yığmasını 3:1 hesabı ilə məğlub edən Rusiya komandası da xallarını 14-ə çatdırıb. Beləliklə, əlavə əmsallara görə yekunda Azərbaycan yığması turnir cədvəlində ilk yeri tutaraq Avropa çempionu adını qazanıb. Rusiya ikinci, Ukrayna komandası üçüncü yeri tutub. Azərtac.az Geri qayıt |