Kilian Mbappe “Atletiko” ilə Superkubok oyununu buraxacaq

“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya Superkubokunun yarımfinalında “Atletiko” ilə keçiriləcək oyunu buraxacaq.
BrendSport.az xəbər verir ki, fransalı hücumçu zədə səbəbindən qarşılaşmada iştirak etməyəcək.
Xatırladaq ki, görüş yanvarın 8-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində reallaşacaq. Superkubokun digər yarımfinal matçında isə “Barselona” və “Atletik” klubları üz-üzə gələcəklər. Turnirin final oyunu yanvarın 11-də baş tutacaq.
Facebook-da paylaş





















