Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimizin Albaniya sınağı



Sabah 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti sınağına start verəcək. Vüqar Əsgərlinin baş məşqçisi olduğu komanda Avropa çempionatlarının seçmə mərhələlərində mübarizəyə başlayacaq.

Yığmamız Albaniyada qüvvəsini sınayacaq IV qrupda çıxış edəcək. Millimiz meydan sahibləri, həmçinin İspaniya və Ukrayna ilə duellərdə gücünü yoxlayacaq.
Elit-raunda vəsiqə uğrunda mübarizə aparacaq millimiz sabah Ukrayna ilə üz-üzə gələcək. Futbolçularımız II turda güclü İspaniya ilə qarşılaşacaq Bu matçların hər ikisi Albaniya paytaxtı Tiranada keçiriləcək. Komandamız sonuncu matçında meydan sahibləri ilə üz-üzə gələcək. Albaniya yığması ilə görüş Durres şəhərində təşkil olunacaq.

Qeyd edək ki, seçmə mərhələdə öz qrupunda ilk iki yeri tutan komandalar, həmçinin ən yaxşı nəticəyə malik dörd 3-cü yer sahibi elit-raunda vəsiqə qazanacaq.

19 yaşadək qızlar arasında Avropa çempionatı

Seçmə mərhələ, IV qrup
I tur, 25 oktyabr
16:00. Azərbaycan - Ukrayna

Tirana. Kamza stadionu
18:00. İspaniya - Albaniya
Durres. Niko Dovana stadionu

II tur, 28 oktyabr
16:00. İspaniya – Azərbaycan

Tirana. Kamza stadionu
18:00. Ukrayna – Albaniya
Durres. Niko Dovana stadionu

III tur, 31 oktyabr
19:00. Ukrayna - İspaniya

Tirana. Kamza stadionu
19:00. Albaniya – Azərbaycan
Durres. Niko Dovana stadionu

Apasport.az


Facebook-da paylaş

Xəbəri paylaş