Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



DÇ-2018: Uels Gürcüstan səfərində, Türkiyənin son şansı - YENİLƏNİR



Bu gün DÇ-2018-in seçmə mərhələsi çərçivəsində IX turun növbəti oyunları keçiriləcək. D, G və I qrupundakı komandalar mundiala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Avstriya qarşısında qələbə qazanacağı halda Serbiya bir tur öncədən liderliyi təmin edəcək və Rusiyaya yollanmağa haqq qazanacaq.

Uels isə ikinci pillədəki yerini qorumaq üçün Gürcüstan səfərindən 3 xalla sönməlidi.

G qrupu İspaniya və İtaliya arasındakı qiyabi mübarizəyə şahidlik edəcək. Pirineylilər Albaniyanı, appeninlilər isə Makedoniyanı öz meydanında yenərək intriqanı son tura saxlamağı planlaşdırır.

Azərbaycanlı futbolsevərlərin maraqla izlədiyi Türkiyə yığması da taleyüklü matç keçirəcək. “Ay-ulduzlular” İslandiyanı qəbul edəcəklər. Hazırda 3-cü pillədə qərarlaşan Luçeskunun komandası bir pillə önündəki rəqibini yenərək onun yerinə keçməyi hədəfləyir. Finlandiya qarşısında Xorvatiyanın xal itirməsi isə qardaş ölkə üçün ikiqat sevinc olacaq. Mümkün xal itkisi isə Türkiyə üçün mundial xəyallarının suya düşməsi olacaq.

DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası
IX tur, 6 oktyabr

D qrupu

Gürcüstan – Uels - 0:0

22:45. Avstriya – Serbiya
22:45. İrlandiya - Moldova

G qrupu
22:45. Lixtenşteyn – İsrail
22:45. İspaniya - Albaniya
22:45. İtaliya – Makedoniya

I qrupu
22:45. Türkiyə - İslandiya
22:45. Kosovo – Ukrayna
22:45. Xorvatiya – Finlandiya


Facebook-da paylaş

Xəbəri paylaş