Şimali makedoniyalı basketbolçu: Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşmışıq

Azərbaycanla oyuna ciddi hazırlaşmışıq.
BrendSport.az xəbər verir ki, bu sözləri Şimali Makedoniya millisinin basketbolçusu Adem Mekiç 2027-ci il Avropa çempionatının seçmə mərhələsində bu gün Azərbaycan yığması ilə keçiriləcək oyun barədə danışarkən deyib.
29 yaşlı oyunçu evdə çıxış etməyin böyük üstünlük olduğunu bildirib: “Bu mərhələdə taktiki hazırlığa çox vaxt olmur. Burada hər şeyi komanda enerjisi həll edəcək. İlk rəqibimiz Azərbaycanla bağlı tam dolğun məlumatım yoxdur, Bu yığmaya qarşı oynamış komandaların üzvlərindən aldığım məlumata görə, kifayət qədər keyfiyyətli basketbolçuları var və istənilən rəqibə qarşı yaxşı mübarizə aparırlar. Əminəm ki, məşqçilər bütün lazımi məlumatları verəcəklər və biz matça hazır çıxacağıq”.
Qeyd edək ki, Skopyedə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Facebook-da paylaş





















