Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qazaxıstan millisinin baş məşqçisi: “Azərbaycanla əsas rəqib hesab olunuruq”




“Azərbaycanla əsas rəqib hesab olunuruq”.

BrendSport.az
xəbər verir ki, bunu Qazaxıstan futzal millisinin baş məşqçisi Rikardo Kaka Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2024-ün elit mərhələ matçı barədə danışarkən deyib.

Braziliyalı mütəxəssis bu gün keçiriləcək görüşə tam hazır olduqlarını bildirib: “Hər növbəti matç bizim üçün ən vacibidir. Ona görə də indi yalnız Azərbaycana qarşı necə oynayacağımızı düşünürük. Futzalçılarımız həmişə olduğu kimi, matça motivasiyalı və məsuliyyətli yanaşırlar. Bir neçə gündür bütün heyət bir aradadır. Oyunçular yaxşı formadadırlar”.

Kaka rəqib barədə də müsbət fikirlər səsləndirib: “Düşünürəm ki, Azərbaycan önündə daha yaxşı oyun göstərməliyik. Rəqib güclü kollektivdir, çoxlu milliləşdirilmiş oyunçuları var. Bacarıqlı komandadır və evdə oynayacaqlar. Çox maraqlı oyun olacaq”.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş