Azərbaycan voleybol millisinin meneceri ilk dəfə beynəlxalq təyinat alıb

Yeniyetmə və gənc voleybolçulardan ibarət Azərbaycan millisinin meneceri Yelena Parxomenko Avropa Voleybol Konfederasiyasından (CEV) ilk dəfə beynəlxalq yarışa təyinat alıb.
BrendSport.az xəbər verir ki, təcrübəli mütəxəssis qadın voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final mərhələsinin oyununda supervayzer funksiyasını yerinə yetirəcək.
Y. Parxomenko noyabrın 27-də İstanbulda baş tutacaq "THY İstanbul" – "Avarka Menorka" qarşılaşmasında hakimlərin işini qiymətləndirəcək.
Facebook-da paylaş





















