Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov CEV tərəfindən növbəti təyinat alıb
![Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov CEV tərəfindən növbəti təyinat alıb](/uploads/posts/2022-02/1644477852_1644477085560564402_367x266.jpg)
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti təyinat alıb.
BrendSport.az xəbər verir ki, E.Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Lokomotiv” (Rusiya) – “Zaksa” (Polşa) matçında baş hakim olaraq oyunu idarə edəcək. Görüşdə ikinci hakim funksiyasını serbiyalı Mirko Jankoviç yerinə yetirəcək.
Qarşılaşma fevralın 12-də Rusiyanın Novosibirsk şəhərində təşkil olunacaq.
Facebook-da paylaş
![](http://tedbirler.az/ted1-660.gif)