“Beşiktaş” “Porto”, “Tottenhem”lə “Borussiya”ya qarşı - YENİLƏNİR
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun növbəti oyunları keçiriləcək. Avropanın daha 16 güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəyə başlayacaq.
Bu gün E, F, G və H qruplarındakı komandalar meydana çıxacaqlar.
İlk turun bütün qarşılaşmaları Bakı vaxtı ilə saat 22:45-də başladığından qrup mərhələsi eyni anda 8 stadionda start götürəcək.
İkinci oyun günündə baş tutacaq “Liverpul”la “Sevilya”, “Tottenhem”lə “Borussiya” arasında görüşlər azarkeşlər tərəfindən maraqla gözlənilir.
Azərbaycanda da yetərincə azarkeşi olan Türkiyənin buradakı yeganə təmsilçisi “Beşiktaş” da turun ikinci günü meydana çıxacaq. İstanbul klubu Portuqaliyada “Porto”nun qonağı olacaq.
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
13 sentyabr
E qrupu
22:45. “Maribor” (Sloveniya) – “Spartak” (Rusiya)
22:45. “Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya)
F qrupu
22:45. “Feyenord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə)
22:45. “Şaxtyor” (Ukrayna) – “Napoli” (İtaliya)
G qrupu
22:45. “Leypsiq” (Almaniya) – “Monako” (Fransa)
22:45. “Porto” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə)
H qrupu
22:45. “Real” (İspaniya) – APOEL (Kipr)
22:45. “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)
Apasport
Facebook-da paylaş