Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Misli Premyer Liqası: “Zirə” autsayderi məğlub edib



Futbol üzrə Misli Premyer Liqasında XX turun növbəti oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, günün ikinci matçında “Zirə” öz meydanında autsayder “Karvan-Yevlax”ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib - 1:0.

Yeganə qola 20-ci dəqiqədə Davit Volkov imza atıb.

Bu nəticədən sonra paytaxt təmsilçisi xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlində üçüncü sıraya yüksəlib. Aktivində 6 xalı olan bölgə klubu isə sonuncu - 12-ci pillədə yer alıb.

Qeyd edək ki, açılış qarşılaşmasında "Qarabağ" səfərdə "İmişli"ni 1:0 hesabı ilə üstələyib.

XX turun digər oyunları fevralın 15-16-da keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş