Əsas Səhifə > Ölkə idmanı > Misli Premyer Liqası: “Zirə” autsayderi məğlub edib
Misli Premyer Liqası: “Zirə” autsayderi məğlub edibDünən, 21:14 |
![]() Futbol üzrə Misli Premyer Liqasında XX turun növbəti oyunu keçirilib. BrendSport.az xəbər verir ki, günün ikinci matçında “Zirə” öz meydanında autsayder “Karvan-Yevlax”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qola 20-ci dəqiqədə Davit Volkov imza atıb. Bu nəticədən sonra paytaxt təmsilçisi xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlində üçüncü sıraya yüksəlib. Aktivində 6 xalı olan bölgə klubu isə sonuncu - 12-ci pillədə yer alıb. Qeyd edək ki, açılış qarşılaşmasında "Qarabağ" səfərdə "İmişli"ni 1:0 hesabı ilə üstələyib. XX turun digər oyunları fevralın 15-16-da keçiriləcək. Geri qayıt |