Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şəhriyar Məmmədyarov ölkə çempionatının finalına yüksəlib



Şahmat üzrə Azərbaycan çempionatında son finalçı məlum olub.

BrendSport.az
xəbər verir ki, yarımfinalda iki partiyadan sonra qalibin müəyyənləşmədiyi Şəhriyar Məmmədyarov-Aydın Süleymanlı duelində tay-brek keçirilib. Burada qələbə qazanan Ş.Məmmədyarov 3,5:2,5 hesablı qələbə ilə adını finala yazdırıb.

Sabah Azərbaycan çempionatında final partiyalarına start veriləcək. Kişilərin yarışında çempionluq uğrunda Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı, qadınlarda isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə mübarizə aparacaq.

Üçüncü yer uğrunda görüşlərdə Aydın Süleymanlı-Read Səmədov və Gülnar Məmmədova-Türkan Məmmədyarova partiyaları keçiriləcək. Final görüşləri saat 15-00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan çempionatının bağlanış mərasimi fevralın 22-də təşkil olunacaq.


Facebook-da paylaş

Xəbəri paylaş