Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək

Fevralın 27-28-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında avarçəkmənin akademik, kayak və kanoe növlərində Azərbaycan birinciliyi keçiriləcək.
BrendSport.az xəbər verir ki, Mingəçevirdə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq yarış handikap sistemi üzrə olacaq. İdmançılar fərdi olaraq birnəfərlik qayıqlarla akademik avarçəkmədə 4000 metr, kayak və kanoedə isə 2000 metr məsafə qət edəcəklər. Qaliblər vaxt göstəricilərinə əsasən müəyyənləşəcək.
Azərbaycan birinciliyində Bakı və Mingəçevirdən 2008-2013-cü il təvəllüdlü ümumilikdə 80 idmançı mübarizə aparacaq. Qaliblər diplom və medallarla mükafatlandırılacaq. Fərqlənən idmançılar Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr ediləcək “Prezident Kuboku-2026” və digər beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək komandanın heyətinə cəlb olunacaqlar.
Facebook-da paylaş





















