Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Ordusunda cüdo, yunan-Roma və sərbəst güləş üzrə birincilik keçirilir



Bu ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda cüdo, yunan-Roma və sərbəst güləş üzrə birinciliyin açılış mərasimi keçirilib.

BrendSport.az
xəbər verir ki, Heydər Əliyev adına Hərbi İnstitutda təşkil edilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.

İştirakçı komandaların tərkibi yoxlanıldıqdan sonra idmançılara yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb. Həmçinin hər üç yarışı idarə edəcək baş hakimlər təqdim olunublar.

Yarışın ilk günündə yunan-Roma güləşi üzrə mübarizə aparacaq idmançıların çəki dərəcələri müəyyən edildikdən sonra fərdi və komanda qarşılaşmalarına start verilib.

Qeyd edək ki, yarışlarda hər idman növü üzrə 10 çəki dərəcəsində 11 komandadan ümumilikdə 297 idmançı iştirak edir.





Facebook-da paylaş

Xəbəri paylaş