Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının dekabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.
BrendSport.az xəbər verir ki, siyahıya 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov başçılıq edir. Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (460 xal) ikinci, cüdoçu Zelim Kotsoyev (430 xal) üçüncü pillədə qərarlaşıb
Reytinq cədvəlində, həmçinin Ülvü Qənizadə (yunan-Roma güləşi, 400 xal), Elcan Hacıyev (cüdo, 370 xal), Osman Nurmaqomedov, Arseni Cioyev (hər ikisi sərbəst güləş, 340 xal), Zelim Tçkayev (cüdo, 330 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal) və Eldəniz Əzizli (yunan-Roma güləşi, 320 xal) yer alıblar.
Facebook-da paylaş





















