Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş kikboksinq üzrə açıq birincilik keçirilib

Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş kikboksinq üzrə açıq birincilik keçirilib

Xəzər Rayon Gənclər və İdman İdarəsi və A.F.S.O Azərbaycan Döyüş Liqasının birgə təşkilatçılığı ilə Buzovna İdman Kompleksində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş uşaq və yeniyetmələr arasında kikboksinqin “shoot fight” versiyası üzrə açıq birincilik keçirilib.

BrendSport.az
xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimində İdarənin rəisi Vüqar Əliyev, A.F.S.O Azərbaycan Döyüş Liqasının prezidenti Asim İsmayılov, “Vətən” kikboksinq klubunun direktoru Anar Heydərquliyev, məşqçilər və idmançılar iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd kikboksinq idman növünün inkişafı, rayon üzrə idmanın kütləviliyinin təbliği və təşviqi, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.

Turnirdə müxtəlif çəki dərəcələri üzrə uşaq və yeniyetmələr medallar uğrunda mübarizə aparıblar.
Qaliblər İdarə tərəfindən diplom və medallarla təltif ediliblər.


Facebook-da paylaş

Xəbəri paylaş