Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Zəfər Gününə həsr olunmuş reqbi-7 üzrə Gəncə açıq kuboku yarışı keçirilib

Zəfər Gününə həsr olunmuş reqbi-7 üzrə Gəncə açıq kuboku yarışı keçirilib

Gəncədə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş reqbi-7 üzrə yeniyetmələr arasında Gəncə açıq kuboku yarışı keçirilib.
Azərbaycan Reqbi Federasiyasının mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, yarışın açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşları Pərvin Mehdiyev, Əlniyaz Mirzəyev, federasiyanın birinci vitse-prezidenti Elvar Osmanov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Vətən müharibəsi iştirakçıları Turqut Ələkbərov, Elmir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın hərb tarixinin yeni və şanlı salnaməsinin yazıldığını bildiriblər. Qeyd edilib ki, rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olunub, haqq-ədalət öz yerini tapıb.
Sonra turnirə start verilib. Gəncə şəhər stadionunda 2005-2006-cı illər təvəllüdlü reqbiçilərin iştirakı ilə baş tutan yarışda Gəncə, Sumqayıt, Naftalan, Göygöl və Şəmkir komandaları mübarizə aparıblar.
Yekun nəticələrə görə, Sumqayıt şəhərinin komandası birinci yeri tutub. Gəncə və Şəmkirin reqbiçiləri ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Qaliblər diplom və kuboklarla mükafatlandırılıblar.
Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Reqbi Federasiyasının və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilib.


Facebook-da paylaş

Xəbəri paylaş