Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Tahir Gözəl: “Qarabağ”ın ən güclü 24 komanda arasında olması möcüzədir



Biz savaşan komandayıq.

BrendSport.az
xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin “Nyukasl” komandasına qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

O, bildirib ki, 2000-dən artıq klub arasında ilk “24-lük”də yer almaq böyük nailiyyətdir: “Bu, sözün əsl mənasında möcüzədir. Hamımız bununla qürur duyuruq. Komandamız sıx oyun qrafiki ilə çıxış edir. Futbolçular müəyyən yorğunluq hiss etsələr də, motivasiya ən yüksək səviyyədədir. Sabahkı qarşılaşmanın vacibliyini yaxşı bilirik. Rəqib büdcə baxımından bizdən qat-qat üstündür. Nəticənin necə olacağını indidən söyləmək çətindir”.

Tahir Gözəlin sözlərinə görə, komanda bu mərhələyə Prezident İlham Əliyevin və xalqımızın dəstəyi, baş məşqçi Qurban Qurbanovun əməyi, futbolçuların fədakarlığı sayəsində gəlib çatıb.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş