Azərbaycanın voleybol hakimi Çempionlar Liqasına təyinat alıb

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından (CEV) yeni təyinat alıb.
BrendSport.az xəbər verir ki, o, bu gün Yunanıstanda qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsində “Olimpiakos” və İtaliyanın “Numia Milano” komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.
Matçın ikinci hakimi vəzifəsini isə macarıstanlı Aqnes Batkai-Katona icra edəcək.
Facebook-da paylaş





















