Əsas Səhifə > Maraq > Azərbaycanın voleybol hakimi Çempionlar Liqasına təyinat alıb
Azərbaycanın voleybol hakimi Çempionlar Liqasına təyinat alıbBu gün, 11:32 |
![]() Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından (CEV) yeni təyinat alıb. BrendSport.az xəbər verir ki, o, bu gün Yunanıstanda qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsində “Olimpiakos” və İtaliyanın “Numia Milano” komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq. Matçın ikinci hakimi vəzifəsini isə macarıstanlı Aqnes Batkai-Katona icra edəcək. Geri qayıt |