Çempionlar Liqası: “Arsenal” “Bavariya”nı, “Atletiko” “İnter”i qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində V tura yekun vurulacaq.
BrendSport.az xəbər verir ki, ikinci oyun günündə də 9 görüş keçiriləcək.
İngiltərə təmsilçilərindən “Liverpul” evdə Niderlandın PSV, "Arsenal" isə Almaniyanın "Bavariya" komandasını qəbul edəcək.
"Tottenhem" Fransada PSJ, İspaniyanın "Real Madrid" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.
Günün ilk qarşılaşmaları Bakı vaxtı ilə saat 21:45-də, digər matçlar isə 00:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
V tur
26 noyabr
21:45. "Pafos" (Kipr) - "Monako" (Fransa)
21:45. "Kopenhagen" (Danimarka) - "Kayrat" (Qazaxıstan)
00:00. "Liverpul" (İngiltərə) - PSV (Niderland)
00:00. PSJ (Fransa) - "Tottenhem" (İngiltərə)
00:00. "Olimpiakos" (Yunanıstan) - "Real Madrid" (İspaniya)
00:00. "Ayntraxt" (Almaniya) - "Atalanta" (İtaliya)
00:00. "Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya)
00:00. "Atletiko" (İspaniya) - "İnter" (İtaliya)
00:00. "Sportinq" (Portuqaliya) - "Brügge" (Belçika).
Facebook-da paylaş





















