İslamiada: Azərbaycanın iki güləşçisi final, ikisi bürünc medal görüşünə çıxacaq

Azərbaycanın iki sərbəst güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
BrendSport.az xəbər verir ki, Ağanəzər Novruzov (74 kiloqram) və Arseni Cioyev (86 kiloqram) həlledici görüşə vəsiqə qazanıblar.
Onlar bu raundda müvafiq olaraq, iranlı Yunes Emami və bəhreynli Xıdır Saypudinovla qarşılaşacaqlar.
Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, daha əvvəl Azərbaycan güləşçilərindən Jalə Əliyeva (57 kiloqram) qızıl, İslam Bazarqanov (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) gümüş, Elnurə Məmmədova (50 kiloqram) və Nigar Mirzəzadə (68 kiloqram) isə bürünc medal qazanıblar.
İslamiadaya bu gün yekun vurulacaq.
Facebook-da paylaş





















