“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
BrendSport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə, Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.
Dünya Cüdo Turu seriyasına daxil olan yarışda Azərbaycan 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 52 ölkədən 373 cüdoçu iştirak edəcək.
Kişilər
60 kiloqram, 1/8 final
Əhməd Yusifov – Çanad Fetsko (Macarıstan) / Seunqbom Çon (Koreya) cütünün qalibi ilə
Balabəy Ağayev – Marton Andrasi (Macarıstan) / Salih Yıldız (Türkiyə) cütünün qalibi ilə
66 kiloqram, 1/16 final
Ruslan Paşayev – Hamad Matlaei (BƏƏ)
Rəşad Yelkiyev – Denis Vieru (Moldova) / Alessio De Luka (İtaliya)
73 kiloqram, 1/16 final
Rəşid Məmmədəliyev – Stiven Boldbaatar (ABŞ)
Hidayət Heydərov – Adil Osmanov (Moldova) / Covanni Esposito (İtaliya) cütünün qalibi ilə
90 kiloqram, 1/16 final
Murad Fətiyev – Alyaksandr Sidorik (Belarus)
Aslan Kotsoyev – Yermaxan Anuarbekov (Qazaxıstan)
+100 kiloqram, 1/8 final
Camal Qamzatxanov – Azamat Çotçayev (Bəhreyn) / Yelaman Yerqaliyev (Qazaxıstan) cütünün qalibi ilə
Uşanqi Kokauri – Mikita Svirid (Xorvatiya) / Munir Ertuğ (Türkiyə) cütünün qalibi ilə
Qeyd edək ki, “Böyük Dəbilqə” noyabrın 28-dən 30-dək keçiriləcək.
Facebook-da paylaş





















