Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



U-23 Avropa çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib



Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatının püşkatma mərasimi keçirilib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.

Qitə yarışında ölkəmiz 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 37 ölkədən 308 cüdoçu (172 kişi, 136 qadın) iştirak edəcək.

U-23 Avropa çempionatının təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 11:30-da, final blokunu isə 19:30-da keçiriləcək.

Kişilər 60 kiloqram, 1/16 final

Murad Muradlı – Maksim Taran (Almaniya)

Hüseyn Allahyarov – Yozef Tomanek (Slovakiya)

66 kiloqram, 1/16 final

İslam Rəhimov – Roman Dekan (Slovakiya)

81 kiloqram, 1/16 final

Vüsal Qələndərzadə – Vasiliye Qruyiçiç (Serbiya)

81 kiloqram, 1/8 final

Ömər Rəcəbli – Ronald Plostnieks (Latviya) / Çiprian Qribinet (Moldova) cütünün qalibi ilə

90 kiloqram, 1/16 final

Aslan Kotsoyev – Rayan Askofar (Fransa)

90 kiloqram, 1/8 final

Vüqar Talıbov – Aidas Pileckas (Litva) / Markos Martines Koin (İspaniya) cütünün qalibi ilə

100 kiloqram, 1/8 final

Əjdər Bağırov – Fares Mexux (Fransa)

+100 kiloqram, 1/8 final

Kənan Nəsibov – Tomaş Raşka (Çexiya)


Facebook-da paylaş

Xəbəri paylaş