“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

İyulun 24-də Monqolustanın paytaxtı Ulan-Batorda “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
BrendSport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.
Beynəlxalq turnirdə Azərbaycanı 2 çəki dərəcəsində 3 idmançı təmsil edəcək.
Yarış sabah Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.
Kişilər
60 kiloqram, 1/8 final
Balabəy Ağayev – Konstantin Simeonidis (BƏƏ) / Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə
Turan Bayramov – Sumiyabazar Enxtayvan (Monqolustan) / Yuantao Van (Çin) cütünün ən güclüsü ilə
66 kiloqram, 1/16 final
Elşən Əsədov – Cantsandorj Unurbat (Monqolustan)
İyulun 27-dək davam edəcək turnirdə 29 ölkədən 248 idmançı (148 kişi, 100 qadın) mübarizə aparacaq.
Facebook-da paylaş
