Cüdoçularımızın “Böyük dəbilqə” turnirində ilk rəqibləri bəlli olub
Antalyada keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin bu gün püşkü atılıb.
BrendSport.az xəbər verir ki, püşkatma nəticəsində Azərbaycan idmançılarının da ilk rəqibləri məlum olub.
Qadınların yarışında mübarizə aparacaq Leyla Əliyeva ukraynalı Mariya Buyok, Könül Əliyeva (hər ikisi 48 kq) Çili idmançısı Mari Di Varqas Ley, Gültac Məmmədəliyeva (52 kq) kanadalı Kelli Dequçi, Fidan Əlizadə (57 kq) isə Yuliya Kovalçuk (Polşa) ilə qarşılaşacaq.
Kişi cüdoçuların mübarizəsində Kəramət Hüseynov Muhammadsoleh Quvatov (Tacikistan) - Dilşodbek Baratov (Özbəkistan) görüşünün qalibi, Nazir Talıbov (hər ikisi 60 kq) çex David Pulkrabek, Orxan Səfərov Hekim Aqamammedov (Türkmənistan) - Antoni De Anqelis (Latviya) cütlüyünün qalibi, Yaşar Nəcəfov (hər ikisi 66 kq) İtaliya cüdoçusu Fabio Basil, Hidayət Heydərov Aleksandr Brernd Qabler (Almaniya) - Erdenebayar Batzaya (Monqolustan) cütlünün qalibi, Nurlan Osmanov (hər ikisi 73 kq) rumıniyalı Aleksandru Rayku, Səid Mollayi monteneqrolu Nikola Qardaşeviç, Zelim Tçkayev (hər ikisi 81 kq) Tiziano Falkon (İtaliya) - Jus Mesilosek (Sloveniya) cütünün qalibi, Məmmədəli Mehdiyev İvaylo İvanov (Bolqarıstan) - Paul Kibikay (Qabon) görüşünün güclüsü, Murad Fətiyev (hər ikisi 90 kq) - Li Namhun (Cənubi Koreya), Uşangi Kokauri özbəkistanlı Şoxrux Mamarasulov, Camal Qamzatxanov (hər ikisi +100 kq)isə Yevgeni Balyevski (Ukrayna) - Qalimjan Krikbay (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Aprelin 2-də yekun vurulacaq turnirdə 85 ölkədən 349 kişi, 266 qadın cüdoçu mübarizə aparacaq.
Facebook-da paylaş