Cüdoçularımız Təl-Əvivdə Qran-Pri yarışlarında mübarizə aparacaqlar
Cüdoçularımız 2019-cu ilin ilk beynəlxalq yarışına yanvarın 24-də Təl-Əvivdə çıxacaqlar.
Azərbaycan Cüdo Federasiyasından BrendSport.az -a verilən məlumata görə, Qran-Pri yarışlarında komandamızın heyətində 18 idmançı mübarizə aparacaq.
Kişilər arasında Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Orxan Səfərov, İbrahim Əliyev (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri və Şahin Qəhrəmanov (hər ikisi 100 kq-dan yuxarı) qüvvələrini sınayacaqlar.
Qızların yarışında medallar uğrunda Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Buyankşiq Purevsuren (hər ikisi 52 kq), İçinkorloo Munxtsedev (57 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) mübarizə aparacaqlar.
Turnirə yanvarın 26-da yekun vurulacaq.
Facebook-da paylaş