Əsas Səhifə > Maraq > “Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib24-07-2025, 14:00 |
![]() İyulun 24-də Monqolustanın paytaxtı Ulan-Batorda “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib. BrendSport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib. Beynəlxalq turnirdə Azərbaycanı 2 çəki dərəcəsində 3 idmançı təmsil edəcək. Yarış sabah Bakı vaxtı ilə saat 08:00-da başlayacaq. Kişilər 60 kiloqram, 1/8 final Balabəy Ağayev – Konstantin Simeonidis (BƏƏ) / Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə Turan Bayramov – Sumiyabazar Enxtayvan (Monqolustan) / Yuantao Van (Çin) cütünün ən güclüsü ilə 66 kiloqram, 1/16 final Elşən Əsədov – Cantsandorj Unurbat (Monqolustan) İyulun 27-dək davam edəcək turnirdə 29 ölkədən 248 idmançı (148 kişi, 100 qadın) mübarizə aparacaq. Geri qayıt |