| Əsas Səhifə > Milli komandalar > U-23 Avropa çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib U-23 Avropa çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşibDünən, 22:54 | 
|  Moldovanın paytaxtı Kişineuda cüdo üzrə U-23 Avropa çempionatının püşkatma mərasimi keçirilib. BrendSport.az xəbər verir ki, Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib. Qitə yarışında ölkəmiz 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 37 ölkədən 308 cüdoçu (172 kişi, 136 qadın) iştirak edəcək. U-23 Avropa çempionatının təsnifat mərhələsinin görüşləri sabah Bakı vaxtı ilə saat 11:30-da, final blokunu isə 19:30-da keçiriləcək. Kişilər 60 kiloqram, 1/16 final Murad Muradlı – Maksim Taran (Almaniya) Hüseyn Allahyarov – Yozef Tomanek (Slovakiya) 66 kiloqram, 1/16 final İslam Rəhimov – Roman Dekan (Slovakiya) 81 kiloqram, 1/16 final Vüsal Qələndərzadə – Vasiliye Qruyiçiç (Serbiya) 81 kiloqram, 1/8 final Ömər Rəcəbli – Ronald Plostnieks (Latviya) / Çiprian Qribinet (Moldova) cütünün qalibi ilə 90 kiloqram, 1/16 final Aslan Kotsoyev – Rayan Askofar (Fransa) 90 kiloqram, 1/8 final Vüqar Talıbov – Aidas Pileckas (Litva) / Markos Martines Koin (İspaniya) cütünün qalibi ilə 100 kiloqram, 1/8 final Əjdər Bağırov – Fares Mexux (Fransa) +100 kiloqram, 1/8 final Kənan Nəsibov – Tomaş Raşka (Çexiya) Geri qayıt |